UNEC Monetar İqtisadiyyat və Maliyyə Texnologiyaları Tədqiqat Mərkəzi

Monetar İqtisadiyyat UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad  Universitetinin Elmi Şurasının 27 fevral 2018-ci il tarixli iclasının 157 №-li Qərarı və UNEC rektorunun 219/3/2018 №-li əmrinə əsasən yaradılıb.

Mərkəzin məqsədi: 
1. Monetar iqtisadiyyat və maliyyə sahəsində elmi tədqiqatların aparılması
Pul siyasəti, inflyasiya, faiz dərəcələri, valyuta sabitliyi və digər monetar göstəricilər üzrə təhlillər aparmaq.
2. Maliyyə texnologiyalarının (fintech) inkişafı və tətbiqi üzrə araşdırmalar- Rəqəmsal ödəniş sistemləri, blokçeyn, kriptovalyutalar, süni intellektin maliyyədə tətbiqi kimi mövzularda tədqiqatlar aparmaq.
3. Azərbaycan iqtisadiyyatı üçün praktik tövsiyələr hazırlamaq
 Milli iqtisadi siyasətin formalaşmasına töhfə verən, elmi əsaslara söykənən təkliflər və modellər hazırlamaq.


4. Akademik və praktiki biliklərin inteqrasiyası
 Tələbələr, tədqiqatçılar və dövlət qurumları arasında körpü rolu oynamaq, həm nəzəri, həm də praktik nəticələrə fokuslanmaq.

5. Beynəlxalq əməkdaşlıq və elmi mübadilə
 Qlobal tədqiqat mərkəzləri ilə əməkdaşlıq qurmaq və beynəlxalq trendləri Azərbaycanda tətbiq etmək.

6. Təhsil və maarifləndirmə fəaliyyəti
 Seminarlar, konfranslar, elmi məqalələr və hesabatlar vasitəsilə ictimaiyyəti və maraqlı tərəfləri məlumatlandırmaq.

Mərkəzin üzvləri:

Bizimlə əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+(994) 12 492-57-31

E-mail

monetar@unec.edu.az

Digər Tədqiqat Mərkəzləri