Monetar İqtisadiyyat UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 27 fevral 2018-ci il tarixli iclasının 157 №-li Qərarı və UNEC rektorunun 219/3/2018 №-li əmrinə əsasən yaradılıb.
Mərkəzin məqsədi:
1. Monetar iqtisadiyyat və maliyyə sahəsində elmi tədqiqatların aparılması
• Pul siyasəti, inflyasiya, faiz dərəcələri, valyuta sabitliyi və digər monetar göstəricilər üzrə təhlillər aparmaq.
2. Maliyyə texnologiyalarının (fintech) inkişafı və tətbiqi üzrə araşdırmalar- Rəqəmsal ödəniş sistemləri, blokçeyn, kriptovalyutalar, süni intellektin maliyyədə tətbiqi kimi mövzularda tədqiqatlar aparmaq.
3. Azərbaycan iqtisadiyyatı üçün praktik tövsiyələr hazırlamaq
• Milli iqtisadi siyasətin formalaşmasına töhfə verən, elmi əsaslara söykənən təkliflər və modellər hazırlamaq.
4. Akademik və praktiki biliklərin inteqrasiyası
• Tələbələr, tədqiqatçılar və dövlət qurumları arasında körpü rolu oynamaq, həm nəzəri, həm də praktik nəticələrə fokuslanmaq.
5. Beynəlxalq əməkdaşlıq və elmi mübadilə
• Qlobal tədqiqat mərkəzləri ilə əməkdaşlıq qurmaq və beynəlxalq trendləri Azərbaycanda tətbiq etmək.
6. Təhsil və maarifləndirmə fəaliyyəti
• Seminarlar, konfranslar, elmi məqalələr və hesabatlar vasitəsilə ictimaiyyəti və maraqlı tərəfləri məlumatlandırmaq.
İstanbul Universitetinin İqtisadiyyat ixtisası üzrə doktorantı (İstanbul/Türkiyə); Azərbaycan Gənclər və İdman nazirliyi, Gədəbəy rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi
TC İstanbul Universiteti İqtisadiyyat kafedrasının professoru (İstanbul/Türkiyə)
Böyük Britaniyanın Lids Universitetinin dosenti (Lids/Böyük Britaniya)
TC Uşak Universitetinin İqtisadiyyat ve İdarəetmə elmləri fakültəsinin Maliyyə kafedrasının elmi işçisi (Uşak/Türkiyə)
TC İstanbul Universiteti, İqtisadiyyat kafedrasının professoru (İstanbul/Türkiyə)
Kosovo ABB Kollecinin dosenti (Priştina/Kosovo)